Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

UNİBANK-dan möhtəşəm Novruz hədiyyəsi

Unibank Novruz bayramı münasibətilə hədiyyə kampaniyasına start verib. Martın 12-dən  aprelin 1-dək Unibank-dan nağd kredit alan hər bir müştəriyə Visa Alkart kredit kartı hədiyyə olunacaq.

Bayram hədiyyəsi olan 500 AZN limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən  35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.

Bundan əlavə, Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Unibank-ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. 6 ay müddətinə rəsmiləşdirilən kreditlərə 6% güzəşt edilir.

Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar fasiləsiz işləyir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.