Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank yeni iş qrafikinə keçib

Yeni il ərəfəsində bütün müştəriləri keyfiyyətli bank xidmətləri ilə təmin etmək məqsədilə, «Unibank» yeni iş qrafikinə keçib. Belə ki, dekabrın 21-dən 30-dək, bankın paytaxt və regionlardakı 24 filialı (11 №-li “Dərnəgül” və 16 №-li “Baksovet” filiallarından başqa), habelə baş ofisin müştərilərə xidmət mərkəzləri saat 9:00-dan 19:00-dək, həftədə altı gün fasiləsiz olaraq işləyəcəklər.

«Neftçilər» və 10 №-li «Əhmədli» filialları, əvvəl olduğu kimi, saat 20:30-dək işləyəcək. Bülbül prospekti 10 ünvanında yerləşən 17 №-li «Cahil» filialı isə («Sahil» metro stansiyasının yaxınlığında, eyni adlı parkın qarşısında), dekabrın 30-dək bütün sutka ərzində fəaliyyət göstərəcək. «Dərnəgül» və «Baksovet» filialları istisna olmaqla, bütün filiallarda əməliyyatlar saat 18:30-dək həyata keçiriləcək.

Qeyd edək ki, «Unibank»-ın filialları nahar fasiləsi olmadan işləyir. Bankın xidmətlərindən həmçinin «Unibank»-ın geniş tərəfdaş şəbəkəsində də istifadə etmək olar. «Atəşgah Sığorta» şirkətinin 11 satış nöqtəsində, «28 Mall» və «Nərgiz» ticarət mərkəzlərində «Albalı» kredit kartını rəsmiləşdirmək olar.

Gələn ilin yanvarın 13-dək arzu edən hər bir kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə bankdan nağd kredit ala bilər. Kampaniya dövründə bu kreditlər üzrə illik faiz dərəcəsi 3%-dən çox aşağı salınıb.

300 - 5 000 AZN məbləğində krediti 3-30 ay müddətinə «Unibank»-ın bütün  paytaxt və regional filiallarında əldə etmək mümkündür. Qeydiyyat və iş stajı ilə bağlı heç bir tələb yoxdur. Əlavə hədiyyə kimi, bankda kredit rəsmiləşdirmiş hər bir müştəri mobil telefon vasitəsilə 60 dəqiqəlik danışıq kartı əldə edir. Kreditlər həmçinin digər banklar qarşısında hazırda borclu olan müştərilərə də verilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və ya “Facebook” sosial şəbəkəsindəki korporativ səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

"Unibank" - hər kəsin bankı.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.