Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Müəllimlərə bayram hədiyyəsi

“Unibank” müəllimlər üçün yeni aksiya keçirir. 5 Oktyabr Müəllimlər Günü ilə bağlı başlanılan aksiyada məqsəd əziz müəllimlərimiz üçün daha sərfəli şərtlərlə kredit ayırmaqdır. Oktyabrın 5-dən Noyabrın 15-dək davam edən kredit aksiyası çərçivəsində müəllimlərəkredit üzrə son 6 ayın faizləri hədiyyə olunacaqdır. Kreditin müddəti 24 ay olduqda, hər kəsin bankı olan “Unibank” üstəlik müəllimlərimizə kredit proseduruna görə komissiyaya 2%  endirim edir. Maksimal məbləği 5000 AZN (6100 USD) olan krediti almaq üçün müəllimin şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim edilir. 2500 AZN (3100 USD) həcmində kredit üçün zamin tələb olunmur. 3-24 aylıq kreditlər nağd qaydada verilir. 20 yaşından yuxarı, kreditin son ödəmə tarixinədək 65 yaşı ötməyən hər kəs bu kreditdən faydalana bilər.

Əlavə hədiyyəmiz də var. Hər kredit alan müəllim, 60 dəqiqəlik pulsuz mobil telefon üçün danışıq kartı qazanacaq.
Kreditlə baglı daha ətraflı məlumatı bankın rəsmi səhifəsindən (www.unibank.az), facebook səhifəsindən (www.facebook.com/unibank.az) və (012) 117 nömrəli telefondan öyrənə bilərsiniz.

Hətta başqa banklara borcunuz varsa belə, Siz Unibank-ın kreditlərindən faydalana bilərsiniz.

“Unibank” –hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.