Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Həyatın hər anında Unibank-dan hər kəsə sevinc

Hər bir insanın həyatında sevinc və dəyişiklik gətirən əlamətdar anlar var. İlk körpənin doğulması, ilk dəfə məktəbə qədəm qoymaq, tələbə olmaq sevinci, ilk işyeri və əməyimizin nəticəsi olan təqaüdümüz.

Hər kəsin Bankı olan «Unibank»ın «Hər anın öz krediti var» aksiyasının məqsədi vətəndaşlarımıza həyatlarının hər bir anında maliyyə ehtiyaclarını ödəyəcək güzəştli kredit təklifini təqdim etməkdir.

«Unibank»ın 2 faiz endirimlə olan “KÖRPƏ SEVİNCİ” krediti 3-24 aylıq müddətə verilir. Maksimal məbləği 5000 AZN (6100 USD) olan bu krediti valideynin şəxsiyyətini təsdiq edən sənəd, körpənin doğum haqqında şəhadətnaməsi və ya körpənin doğum faktını, vaxtını və yerini təsdiqləyən sənəd (Forma 103 və ya Forma 113), valideynin iş yerindən arayışı təqdim etməklə almaq mümkündür. Nağd qaydada verilən kreditin 2500 AZN (3100 USD) məbləğinə qədər zamin tələb olunmur.  

Hər kəsin bankı olan «Unibank» məktəbli valideynlərinə də sevinc bəxş edir. 2 faiz endirimlə verilən və maksimal məbləği 5000 AZN(6100 USD) olan “MƏKTƏB SEVİNCİ” krediti üçün tələb olunan sənədlər də çox sadədir. Şəxsiyyətini təsdiq edən sənəd, 1-ci sinif övladının doğum haqqında şəhadətnaməsi və iş yerindən arayış təqdim edən valideyn 3-24 ay müddətli krediti ala bilər. 2500 AZN/3100 USD məbləğə qədər kredit üçün zamin tələb olunmur.

Hər bir valideynin arzusu məktəbli övladını tələbə görməkdir. Tələbə övladınızın daha qayğısız oxuması üçün «Unibank»a etibar edin. «Unibank»ın maksimal məbləği 700 AZN təşkil edən, 3-12 ay müddətli  “TƏLƏBƏ SEVİNCİ” kreditinin şərtləri çox sadədir. Bu krediti almaq istəyənlər, heç bir zamin tələb olunmadan, sadəcə şəxsiyyəti təsdiq edən sənədi və qiymət cədvəlini təqdim etməklə bu imkandan yararlana bilərlər.

Hər kəsin bankı olan «Unibank» ilk dəfə işə başlayanların da yanındadır. 2 faiz endirimlə olan kreditləri 3-24 ay müddətinə maksimal məbləğ 5000 AZN/6100 USD-dək olmaqla almaq olar. 2500 AZN/3100 USD məbləğinə qədər zamin tələb olunmayan nağd kreditləri almaq üçün şəxsiyyəti təsdiq edən sənəd, iş yerindən arayış və əmək kitabçasını təqdim etmək kifayətdir. Qeydiyyata dair tələb yoxdur.  

Təqaüdçü olan vətəndaşlarımıza da “Unibank” sevinc bəxş edir. “TƏQAÜDÇÜ KREDİTİ” sadəcə şəxsiyyətini təsdiq edən sənədi və təqaüd alması haqında arayışı təqdim edən və yaşı 65-dən yuxarı olmayan təqaüdçülərə 5000 AZN/ 6100 USD-dək nağd kredit almaq imkanı qazandırır. Kreditin müddəti 3-24 aydır. 2500 AZN/3100 USD-dək məbləğdə kredit üçün zamin tələb olunmur.

Başqa banklara borcunuz olması belə, Sizi hər kəsin bankı olan «Unibank»ın kreditlərindən faydalanmaqdan məhrum etmir. Sizə ən yaxın  olan «Unibank» filialına buyurun. Kreditlərin şərtləri ilə bağlı daha ətraflı məlumatı Bankın internet səhifəsindən (www.unibank.az), facebook səhifəsindən (www.facebook.com/unibank.az) və ya (012) 117 nömrəli telefona zəng vurmaqla əldə edə bilərsiniz.

Unibank – hər kəsin bankı.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.