Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«UNİBANK» valyuta treyderi olmaq istəyənləri treninqlərədəvət edir

20-21 sentyabrda «Unibank»-da valyuta treyderi peşəsini öyrənmək və maliyyə bazarlarınin incəlikləri barədə biliklərini artırmaq istəyənlər üçün treninqlər keçiriləcək.

«Uniforex» xidməti çərçivəsində Bank ticarətə yeni başlayanlara və peşəkar treyderlərə İsveçrənin “MİG Bank”-ın analitiklərinin təcrübəsindən istifadə etməyi təklif edir. Broker xidmətlərinin göstərilməsində ixtisaslaşan bu maliyyə təsisatı FOREX bazarında «Unibank»-ın tərəfdaşıdır. Treninqlərə rəhbərlik edəcək əcnəbi eksperlər arasında «MIG-Bank»-ın Rusiya və MDB-dən olan müştərilərlə iş üzrə Müdiri Kseniya Zubkova, habelə bazar strategiyaları üzrə təhlilçiləri Bidjoy Kar və Aleksandr Kazak vardır.

Xarici mütəxəssislər təlim iştirakçılarına valyuta bazarında qiymətlərin formalaşması, texniki təhlil, indikatorlar, hərrac modelləri, risklərin idarə edilməsi haqqında ətraflı məlumat verəcəklər. Bundan əlavə, «MetaTrader» ticarət platformasında hərracların bir sıra praktiki vərdişləri işlənəcək. Treninqlərin nəticələrinə görə, hər bir iştirakçıya«Uniforex»-dən müvafiq sertifikatlar təqdim ediləcək.

Qeyd etmək lazımdır ki, təlimlər Bankın R.Behbudov küçəsi, 55 (“UniPlaza”) ünvanında yerləşən korporativ təlim mərkəzində təşkil olunacaq.İştirakçı olmaq üçün, [email protected] ünvanına müraciət etmək kifayətdir.

Xatırladaq ki, iyul ayından başlayaraq «Unibank»fərdi müştərilərin aparıcı dünya birjalarında valyuta hərraclarında iştirakının təmin edilməsi üzrə “Uniforex” xidmətinin göstərilməsinə başlayıb. Yeni xidmət 100 cütdən artıq dünya valyutası üzrə, onlayn rejimində, həm real, həm və demohərraclar aparmaq imkanı verir.

«Unibank Trading Station»ticarət platformasına qoşulmaq üçün, Bank filiallarından birində minimal məbləği 300 USD olan cari hesab açmaq lazımdır. Bu zaman hər bir müştəri, sahib olduğu depozitin həcmindən dəfələrlə artıq məbləğlərlə ticarət apara bilər. “Uniforex”xidmətinə qoşulmaq üçün daha ətraflı məlumatı (012) 117 saylı telefonla əldə etmək olar.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.