Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Xırdalanda "Unibank"ın filiali fəaliyyətə başladı

Bu gündən etibarən "Unibank" ASC-nin yeni açdığı daha bir filial Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyətə başlayıb.

Bankdan çərşənbə günü verilən məlumata görə, Mehdi Hüseynzadə küçəsi, 6 (http://unibank.az/az/about-bank/branches/other/map/108/) ünvanında yerləşən yeni filial Xırdalan şəhəri ilə bərabər Biləcəri, Qobu, Masazır, Hökməli və digər yaxınlıqda olan qəsəbələrin sakinlərinə pərakəndə xidmətlər göstərəcək.

Bankın yeni xidmət nöqtəsi pərakəndə kreditləşdirmə və konkret olaraq nağd istehlak kreditlərinin, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsində fəal olmağa hazırdır. Xüsusi diqqət biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə verilir. Bundan başqa, fərdi müştərilər üçün həmçinin müddətli əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil edən geniş məhsul xətti təklif olunur.

Xırdalan filialı müasir üslubda qurulub, "Cash-in" cihazı, POS-terminllar və bankomatla təchiz edilib, onun bütün əməkdaşları isə bankın baş ofisində ixtisaslaşdırılmış hazırlıq keçiblər.

Xatırladaq ki, filial şəbəkəsinin genişləndirilməsi "Unibank" strategiyasının əsas istiqamətlərindən biridir. Hazırda bankın xidmət şəbəkəsi 11 regional və 18 paytaxt filialından ibarətdir və 223 mindən çox müştəriyə müxtəlif növ bank xidmətləri göstərir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.