Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Kredit alanlar “Unibank”-dan 15 min AZN qazana biləcəklər

Bu gündən “Unibank”-da məcmu uduş fondu 15 min manat təşkil edən “Kredit al, hədiyyə qazan” lotereyası start götürür. Üç ay davam edəcək lotereya aksiyasında Nağd kredit, “AL Kart” kredit xətti, mikrokreditlər, “ALBALI”kredit kartı və digər növ istehlak kreditləri alan müştərilər iştirak edə biləcəklər.

İlk tiraj sentyabrın 5-də keçiriləcək və avqust ayı ərzində yuxarıda qeyd olunan kreditlərialanlar arasında oynanılacaq. Hər tirajda 5 qalib müştəri müəyyən olunaraq “Unibank”-dan 5 min manat qazana biləcək.Qeyd edək ki, lotereya Bankın 30 yaxın filial və şöbələrinl birləşdirən bütün xidmət şəbəkəsində keçirilir.

Uduş fondunun oynanılması xüsusi kompyuter proqramı vasitəsi ilə elektron püşkatma üsulu ilə aparılacaq. Bu məqsədlə lotereya iştirakçılarına kredit cəlb etdikləri zaman xüsusi eyniləşdirmə nömrəsi veriləcək. Elektron püşkatma müştərilər və jurnalistlərin iştirakı ilə təşkil olunan xüsusi Komissiya tərəfindən Bankın Baş ofisində keçiriləcək. Hər tirajın yekünları kütləvi informasiya vasitələrində dərc olunacaq, müvafiq qalib müçtərilərə uduşların ödənilməsi otuz iş gunü ərzində aparılacaq. “Kredit al, hədiyyə qazan” lotereya aksiyasının şərtləri “Unibank”-ın əməkdaşlarına şamil olunmur.

Xatırladaq ki, “Unibank”-da artıq 2500 manata qədər istehlak kreditlərinin girovsuz və zəmanətsiz verilməsi mümkündür. Kreditləriistənilən istehak ehtiyaclar üçün 24 aya qədər cəlb etmək olar. Bu zaman kreditin məbləği hər bir borcalanın gəlirindən asılı olaraq fərdi qaydada müəyyən edilir və 300 AZN-dən 7000 AZN-ə qədər təşkil edə bilər. Həmçinin qeyd edək ki, “Unibank”-da istehlak kreditlər üzrə effektiv faiz dərəcə illik 14,6%-dan başlayır.

İstehlak kreditlərin şərtləri və lotereya aksiyası haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla əldə etmək olar.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.