Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Unibank” dünya birjalarinda ticarəti daha əlverişli edir

«Unibank» müştərilərinə dünya birjalarında valyuta ticarətin aparılması üzrə yeni xidmətini təklif edir. Bankın yeni uniforex xidməti çoxfunksional «Unibank Trading Station» proqram platforması vasitəsi ilə İnternetdə on-layn rejimində dünya valyutaları ilə sərbəst əməliyyatlar keçirilməsinə imkan verir.

Bu gündən etibarən “Unibank” müştərilərinə 100-dən artıq valyuta cütlüyü üzrə həm real, həm demo-ticarət aparmağa təklif edir. Bu zaman bir neçə maliyyə bazarlarında və birjalarda əməliyyatlar bir vahid hesabdan və ən əverişli qiymətlər üzrə keçirilə bilər. Nəticə olaraq, uniforex xidmətindən yararlanan müştərilərdə potensial mənfəət qazanmaq imkanları da artır. Xidmətə qoşulmaq üçün “Unibank” filiallarından birində minimal məbləği $300-an az olmayan cari depozit hesabı açdırmaq kifayətdir. Bu təqdirdə hər bir müştəri FOREX bazarında ilkin mədaxil məbləğindən qat-qat çox həcmlərdə istədiyi valyutalar ilə iəməliyyatlar apara bilər.

Hesab açdıraraq və «UnibankTradingStation» platformasını yükləyərək, hər kəs bu proqramın interfeysini öz tələbatlarına uyğun dəyişmək, lazımi qiymətlərin monitorinqini aparmaq və bazarların icmalları ilə operativ tanış olmaq imkanında olacaq. Bundan başqa, Bank xüsusi www.uniforex.az saytı vasitəsi ilə müştərilərə müvafiq məlumatların təqdim edilməsi və texniki dəstək xidmətləri göstərir. Qeyd etmək lazımdır ki, uniforex hesabları üzrə vəsaitlərin çıxarılması tezliklə vəhər-hansı komissiyalarının ödənilməsi aparılmadan keçirilir.

Bankın uniforex xidmətinə qoşulmaq barədə əlavə məlumatı (012) 117 telefon nömrəsi üzrə əldə etmək olar.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.