Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank müştərilərə xidmət göstərilməsi vaxtini artirir

Bu həftənin əvvəlindən “Unibank” həm Baş ofisində, həm bütün filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi vaxtını artırıb.

Artıq həftənin adi iş günləri ərzində müştərilər Banka bütün növ əməliyyat növləri üzrə nahar fasiləsi olmadan saat 9-00-dan 17-00-dək müraciət edə bilərlər. Bu saatlarda onlara bank xidmətlərinin bütün spektri təklif olunur, o cümlədən kredit sifarişlərinin qəbulu, kreditlərin ayrılması, cari kredit öhdəliklərin ödənilməsi, depozit hesablarının açılması və bu hesablarda vəsaitlərin artırılması, əmanətlər üzrə faizlərin ödənilməsi, cari hesabların açılması və onlar üzrə müxtəlif əməliyyatların aparılması, pul köçürmələri, plastik kartların sifarişi və alınması, valyuta-dəyişmə əməliyyatları, kommunal və digər növ ödənişlər. Əməliyyat rejiminin genişləndirilməsi bərabər sürətdə fərdi və korporativ müştərilərlə şamil olunur.

Qeyd etmək lazımdır ki, şənbə günləri Bankın əksər paytaxt filiallarında və digər bölgələrdə yerləşən demək olar ki bütün xidmət nöqtələrində əməliyyat rejimi saat 15-00-dan 15-30-dək artırılıb. Bundan başqa, yeni iş rejiminin tətbiqi sahəsində şənbə günləri kredit sifarişlərin qəbulu ilə bərabər kredit vəsaitlərin alınması da mümkün olub.

Xatırladaq ki, Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəmkir, Mingəçevir, Quba, Lənkəran və Şəkidə yerləşən 26 filial və şöbə vasitəsi ilə “Unibank” 300 mindən artıq fərdi və korporativ müştərilərə xidmət göstərir. Bankın “Sahil” metro stansiyası yaxınlığında olan 17 saylının nəzdində UNİ 7/24 xidməti, həm adi iş günlər, həm bütün bayram və bazar günləri ərzində gecə-gündüz rejimində çalışır. “Unibank”-ın xidmətləri, filial şəbəkəsi və iş rejimi barədə əlavə məlumatı 117 nömrəli telefon vasitəsi ilə əldə edə bilərsiniz.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.