Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» istehlak kreditləşdirməni sadələşdirdi

«Unibank» 2500 manata qədər məbləğdə nağd istehlak kreditlərinin girovsuz və zəmanətsiz verilməsinə başladı.
Artıq Bankdan kreditlərimilli valyutada, istənilən istehak ehtiyaclar üçün 24 aya qədər cəlb etmək olar. İstehlak kreditlərinin ödənilməsinin yeni ikiillik müddəti aylıq ödənişlərin məbləğini əhəmiyyəti dərəcədə azaltmağa imkan verir. Bu zaman kreditin məbləği, hər bir borcalanın gəlirindən asılı olaraq, fərdi qaydada müəyyən olunur və 300 AZN-dən 5000 AZN-ə qədər təşkil edə bilər. Həmçinin Bank tərəfindən əmək stajının müddətinə olan tələb də azaldılmışdır – 6 aydan 3 aya qədər. Yenişərtlər «AL Kart» kredit xətlərinə də tətbiq olundu.

Bakı və Sumqayıt şəhərləri üçün nağd kreditlər üzrə effektiv faiz dərəcə illik 16-17% təşkil edir. Digər bölgələrdə isə bu kreditlərin real faiz dəyəri 18-19% bərabərdir. Kreditin qaytarılması bərabər annuitet ödənişlərlə aparıldığından, borcalanlar üçün xərclərin planlaşdırılması da daha sadə olub. Həmçinin kreditin istənilən zaman, əlavə komissiya haqqı tutulmadan, vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.

«İstehlak kreditlərinə tələbat adətən məhz yay aylarında artır və biz, borcalanlara olan tələblərimizi yumşaldaraq, bu tələbatı tam ödəməyə hazırıq», - deyə “Unibank” ASC-nin Pərakəndə biznesinin inkişafı üzrə meneceri Taleh Tahirlibildirdi.Onun sözlərinə görə, son bir il ərzində «Unibank»-dan istehlak kreditləri cəlb edən müştərilərin sayı 2 dəfə artıb.«Əminik ki, bu müştərilərin sayıbundan sonra da artacaq, çünki onlarartıq nağd kreditləridaha tez və əlverişli şərtlərlə cəlb edə bilərlər», - deyə Ofikrini tamamladı.

Qeyd etmək lazımdır ki, kredit cəlb edənmüştərilərin qiymətləndirilməsində Bank gəlirin təsdiq edilməsi formalarına çevik yanaşmağa imkan verən xüsusiqiymətləndirilmə üsullardan istifadə edir. Tətbiq olunan texnologiyalar kredit sifarişlərinə dəqiqələr ərzində növbəsiz baxılmasını və çıxarılan qərarların qəbul edilməsindəsubyektiv amilləri istisna etməyə imkan verirlər.

Yeni şərtlərlə istehlak kreditlərinin və kredit xətlərinin verilməsi artıq bütün paytaxt və regional filialları tərəfindən həyata keçirilir. Xatırladaq ki, «Unibank»-ın təmsil olduğu şəhər və bölgələrdə daimi yaşayan və işləyən, yaşı 20-dən 60-a qədər olan,vətəndaşlarbu növ kreditləri cəlb edə bilərlər. İstehlak kreditləri və digər xidmətlər barədə daha ətraflı məlumatı 117 nömrəli telefonla, habelə Bankın http://unibank.az/az/private-clients/loans/cash-loans saytından əldə etmək olar.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.