Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» Bakıda ilk 24 Saatlıq «Uni 7/24» xidmətini açdı

Müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə «Unibank» Bakıda gecə-gündüz fasiləsiz çalışan «UNİ 7/24» xidmətini açdı.

Paytaxtın «Sahil» metro stansiyasına yaxın olan və Bülbül prospekti 10 ünvanında yerləşən Bankın 17 saylı filialı, fevralın 1-dən, istirahət və bayram günləri də daxil olmaqla, sutkalıq iş rejiminə keçirdildi. Bununla da, «Unibank» ölkədə gecə-gündüz tam fasiləsiz fəaliyyət göstərən ilk filialını yaratdı. Sutkanın istənilən vaxtında «Unibank» müştəriləri təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə etmək, kommunal ödənişlər aparmaq, mobil rabitə operatorları, habelə İnternet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqqlarını ödəmək, yol polisinin cərimələri üzrə ödənişlər etmək, valyuta dəyişmək, kreditlər üzrə cari ödənişlər aparmaq  imkanı əldə edirlər. Bankın göstərdiyi xidmətlərdən müştərilər yalnız kreditləşdirmə, depozitlərin açılması və plastik kartların sifarişini gündüz vaxtı, yəni saat 9:00-dan 16:00-dək apara biləcəklər.

Qeyd edək ki, Bankın 17 saylı filialı müştərilərə gecə-gündüz fasiləsiz «UNİ 7/24» xidmətinin göstərilməsi üçün bütün zəruri avadanlıq, terminallar, kommunikasiya və proqram təminatı ilə təchiz olunub. Yaxın bir zamanda isə adıçəkilən filialda müştərilərə kart hesablarına nağd vəsaitlər yatıra biləcək «cash-in» bankomatının xidmətləri də təklif olunacaq.

Xatırladaq ki, «Unibank»-ın xidmət şəbəkəsi hazırda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən 24 filialdan ibarətdir. Bunların vasitəsilə Bank 220 mindən artıq fərdi və korporativ müştəriyə yüksək səviyyəli xidmət göstərir.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.