Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Mikrobiznesin dəstəklənməsində “Unibank” ən yaxşi elan olundu

2011-ci ilin yekunlarına görə “Unibank”, ölkədə mikrobiznesin dəstəklənməsində ən yaxşı maliyyə təsisatı adını alaraq, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının (AMA) baş mükafatına layiq görüldü.

Ötən ilin dekabr ayının sonunda Bankın namizədliyi AMA-nın üç nominasiyasından ikisində irəli sürülmüşdü və bundan sonra nominantların sifarişlərinə, nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının nümayəndələrindən ibarət olan Assosiasiyanın mükafatlar üzrə Komitəsində baxılırdı. Ötən cümə günü, yanvarın 27-də, AMA-nın mükafatlar üzrə Komitəsinin qərarı ilə, “Unibank” 80 bal topladı və “Azərbaycanda mikro-biznesləri dəstəkləyən təşkilat” nominasiyasında 30 bank və qeyri-bank kredit təşkilatları arasında ən yaxşı hesab edilmişdir.

“Alınan mükafat mikrokreditləşdirmənin fəaliyyətimizdə prioritetlər sırasında olduğunu bir daha təsdiqləyir”, - deyə “Unibank” ASC İdarə Heyəti sədrinin müavini Faiq Zeynalov bildirdi. Onun sözlərinə görə, Bankın mikrobiznesə maliyyə dəstəyi onun xırda və orta biznesə qədər yüksəlməsinə yardım edir. F.Zeynalov hesab edir ki, bankların sahibkarlara dəstəyi yalnız kreditlərin ayrılması ilə məhdudlaşmamalıdır. “Bu müştərilərin öz biznes-fəaliyyətlərində nəticələrinin dəqiq nəzərə almaqda çətinlik çəkdiklərinə görə, biz onlara balansın sadələşdirilmiş formasının, habelə gəlirlər və itkilər üzrə hesabatın tərtibatında yardım etməyə çalışırıq” – deyə o qeyd etdi. “Bir çox hallarda mütəxəssislərimiz, müştərinin iştirakı ilə, hətta onun fəaliyyətinin dinamikada təhlilini yerinə yetirirlər. Bu da onlara maliyyə yekunlara daha dəqiq qiymətləndirmək imkanı ilə bərabər, öz biznesini bankir gözü ilə görmək, bütün müsbət və mənfi meylləri aşkar etmək, ən əsası isə, Banka təqdim etdikləri kredit sifarişlərində də lazımi dəqiqləşmələr aparmağa kömək edir”, - deyə F.Zeynalov qeyd etdi.

2011-ci ildə “Unibank” ASC-nin mikrokreditləşdirilmə portfeli 2,11 dəfə artıb və 13,350 mln. manatı üstələyib. Bu zaman mikrokreditləri Bankın bölgələrdə əsas kredit aləti hesab etmək olar. Belə ki, son bir il ərzində mikrokredit cəlb edən sahibkarların sayı 2500 nəfərdən 5935 nəfərə qədər artmışdır ki, onların da 2/3-i məhz regionları təmsil edir.

Xatırladaq ki, mikrokreditlər “Unibank”-da ən azı yarım il sahibkarlıqla məşğul olan şəxslərə, 2 aydan 2 ilə qədər ayrılır. Mikrokreditlərin məbləği 200-dən 20 minə qədər şərti vahid təşkil edə bilər, girov qismində isə Bank tərəfindən, daşınmaz əmlakla yanaşı, avadanlıq, malların qalığı, kənd təsərrüfatı məhsulları və borcalanın mal-qarası da daxil olmaqla, digər qeyri-standart girov növləri qəbul edilir. Həmçinin qeyd etmək lazımdır ki,

“Unibank” ASC-si 2001-ci ildə yaranan Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının 2007-ci ildən fəal üzvlərindən biridir.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.