Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Unibank” nüfuzlu mükafat aldi

Azərbaycanda kart məhsullarının inkişafında uğur və nailiyyətlərinə görə “Unibank” ASC-ti “MasterCard International” beynəlxalq ödəniş sisteminin nüfuzlu mükafatına layıq görülüb.

2011-ci ilin nəticələrinə görə Bank, ölkədə bu sistemə aid olan kartların sahiblərinin sayının ən böyük artımı – “Fastest Growing MasterCard MaestroCard Base in Azerbaijan” nominasiyasında qalib gəlmişdir. Müştərilərə göstərilən xidmətlərin rahat və əlverişli şərtləri, habelə onların hər birinin ehtiyaclarına fərdi yanaşma hesabına “Unibank” bu kart sahiblərinin sayını 2011-ci ildə 2,2 dəfə artırmışdır. Bu zaman premium seqmentinə aid olan ”MasterCard Gold” və “MasterCard Platinum” kartları üzrə satışlar xüsusi təsir bağışlayır. Son iki il ərzində bu növ kartların emissiyası 3,5 dəfədən çox artmış, onlar üzrə qeydə alınan nağdsız əməliyyatların həcmi üzrə artım isə 660% təşkil etmişdir.

“MasterCard İnternational”-dan aldığımız mükafat bir daha onu göstərir ki, “Unibank” Azərbaycanda plastik kartlardan istifadə mədəniyyətini inkişaf etdirir”, - deyə İdarə Heyəti sədrinin müavini, Bankın pərakəndə xidmət üzrə Direktoru Faiq Zeynalov qeyd edir. Onun sözlərinə görə, bu gün ödəniş kartlarının daha fəal istifadəçiləri orta gəlir səviyyəsinə malik olan vətəndaşlardır. F.Zeynalovun fikrincə, bunlar – hərtərəfli marağa, fəal həyat mövqeyinə malik olan, maliyyə bazarının yeniliklərini qəbul edən, eyni zamanda bank xidmətlərinin sürətinə və keyfiyyətinə qarşı tələbkar olan müştərilərdir. “Biz çox şadıq ki, məhz “MasterCard” kartlarının sahibləri olan tələbkar müştərilər xidmətlərimizdə maraqlıdırlar”, - deyə o sözünə yekun vurdu. F.Zeynalovun proqnozlarına görə, “Unibank” 2012-ci ildə də ölkədə “MasterCard” ödəniş kartlarının emissiyasının artım sürətinə görə liderliyi özündə saxlamağa hazırdır.

Xatırladaq ki, Bank 2007-ci ildə “MasterCard” plastik kartlarının emissiyasına başlamış, 2008-ci ildə isə bu beynəlxalq ödəniş sisteminin ekvayeri olmuşdur. “Unibank”-ın kart layihələri alış-verişdə xüsusi fəallıq göstərən, tez-tez səyahət edən, nağdsız hesablaşmaları vəsaitlərin nağd pula çevrilməsindən üstün tutan, İnternet-mağazaların xidmətlərindən geniş istifadə edən müştərilərə yönəldilmişdir. Hər bir “Unibank” plastik kartının sahibi 100-dən artıq pərakəndə satış məntəqələrində, ticarət şəbəkələrində, otellərdə, restoranlarda, nüfuzlu butiklərdə və salonlarda, turizm agentliklərində əhəmiyyətli güzəştlərdən faydalanmaq imkanına malikdir. Bankın kart məhsulları barədə daha ətraflı məlumat almaq, habelə on-lain rejimində kartları sifariş etmək üçün http://unibank.az/az/private-clients/plastic-cards/ istinadından istifadə edin.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.