Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«UNİBANK» ASC-nin istiqrazlarina investorlarin maraği artir

Dekabrın 20-də «Unibank» ASC-nin istiqrazlarının emissiya prospekti «PAŞA Bank» ASC və «Unicapital» broker şirkətinin vasitəsi ilə Bakı Fond Birjasında (BFB) yerləşdiriləcək.
«Unibank» istiqrazlarının yerləşdirilməsi Birjada açıq abunə yolu ilə keçiriləcək. Qeyd etmək lazımdır ki, 2011-ci il dekabrın 9-da «Unibank» ASC-nin təmin olunmamış, faizli sənədsiz adlı istiqrazlarının emissiya prospekti Qiymətli kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AZ200800202 dövlət nömrəsi ilə qeydiyyata alınıb. Ümumilikdə, hər birinin nominal qiyməti 50 min manat olan 400 istiqraz buraxılıb. Qiymətli kağızlar 1080 gün dövriyyədə olacaq, onlar üzrə faiz dərəcəsi isə gündəlik faiz ödəniş dövri 90 gün olmaqla illik 11% təşkil edəcək. Ümumi həcmi 20 milyon manata çatan «Unibank» istiqrazları buraxılışının anderrayteri «Unicapital» şirkətidir.

«Bütün səhmlərin gündəlik alış-satış qiymətini bu buraxılışın market-meykeri «PAŞA Bank» müəyyən edəcək», - deyə «Unicapital» ASC-nin Baş direktoru Heydər İbrahimli bildirib. Onun sözlərinə görə, bu addım həmin qiymətli kağızların təkrar dövriyyəsinin likvidliyini təmin etməklə yanaşı, emissiyaya investorlar tərəfindən göstərilən marağın artmasına səbəb olacaq.

Xatırladaq ki, cari ilin mart ayında QKDK tərəfindən Unibank» ASC-nin 25 milyon dollarlıq təmin olunmamış, faizli sənədsiz adlı və konversiya borclu istiqrazlarının emissiya prospekti qeydə alınmışdı. Həmin emissiya tam həcmdə Bankın səhmdarları olan Avropa Yenidənqurma və İnkişaf Bankı ($17,5 mln.) və Almaniyanın «DEG» yatırım şirkəti ($7,5 mln.) tərəfindən alınıb.

«Unibank» həm aktivlərinin həcmi, həm də öz vəsaitlərinin ölçülərinə görə ölkənin ən iri özəl banklarından biridir. Noyabr ayının sonuna onun aktivlərinin həcmi 422 milyon manat, məcmu kapitalı isə 55,3 milyon AZN-dən bir qədər çox təşkil edib. Həmin tarixə Bankın kredit portfeli 309,4 milyon manata, mənfəəti isə 4,4 milyon AZN çatıb.

«Paşa Bank» ASC 2007-ci ildə təsis olunub və «Pasha Holding» şirkətlər qrupuna daxildir. Bankın məcmu kapitalı 144 milyon manat, aktivləri 502 milyon AZN, kredit portfeli - 243 milyon manata yaxın, mənfəəti isə - 9,6 milyon manatа bərabərdir. Bankın səhmdarları 60%-lik paya malik «PAŞA Holding», 30%-li paya malik olan «ADOR Ltd» şirkəti və səhm payı 10% təşkil edən Arif Paşayevdir.
 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.