Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» biznes kreditləri daha sərfəli edir

«Unibank» Kommersiya Bankı ASC-si sahibkarlar və korporativ müştərilər üçün «Faizlər hədiyyə» yeni il aksiyasını keçirir. Aksiyanın şərtlərinə görə, ilk ayda müştərilər tərəfindən ödənilməyəcək faizlər hesabına biznes-kreditlərin dəyəri aşağı endirilib.
Bütün kredit proqramları üzrə, 2011-ci ilin dekabrın 1-dən 2012-ci ilin yanvarın 31-dək müraciət etmiş sahibkarlar və korporativ müştərilər üçün, kreditin cəlb olunduğu ilk ay ərzində faiz hesablanmır. Aksiyanın şərtləri biznes-kreditlərinin bütün növlərinə, o cümlədən dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin əldə olunması, malların alınması, xidmətlərin ödənilməsi, vacib sövdələşmələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cəlb olunan vəsaitlərər şamil edilir. Biznes-kreditlər üzrə hər hansı digər məsrəfləri nəzərdə tutan əlavə komissiya haqları və ya proseduralar nəzərdə tutulmayıb. Bu zaman «Unibank» tərəfindən tətbiq olunan illik faiz dərəcəsi 18%-dən başlanır, kreditləşmə müddəti bir ildən dörd ilə qədər, kreditlərin məbləği isə müvafiq olaraq 20 mindən 500 min manata qədər ola bilər.
«Təklifimiz yeni il öncə və bayram zamanı öz vaxtına və vəsaitlərinə qənaət etmək istəyən bütün işgüzar adamlara ünvanlanıb», - deyə «Unibank» ASC-nin Korporativ bank xidmətləri üzrə direktoru Vaqif Qəribli qeyd edir. Onun sözlərinə görə, Bankın kredit xidmətlərinə biznes-qurumların ehtiyacları məhz yeni il ərəfəsində xüsusilə artır. «Xidmətlərimizə olan tələbatı nəzərə alaraq, biz bu dövr ərzində biznes-kreditləri borcalanlar üçün daha sərfəli etmişik», - deyə, o bildirib. İş adamlarının bankların fəaliyyətinə etimadını artırmaq üçün «Unibank» daha ədalətli şərtlərlə maliyyə xidmətləri göstərməyə çalışır. V.Qəriblinin sözlərinə görə, Bankın yeni il təklifinin əsas üstünlüyü – kreditin qaytarılması müddətinin təxirə salınması deyil, ilk ay üçün biznes-kredit üzrə faiz dərəcəsinin ödənilməməsidir. Bu da müştəri tərəfindən ödəniləcək xərcləri xeyli aşağı salır.
Maliyyə bazarında işgüzar dairələr üçün sərfəli şərtlərlə geniş spektr maliyyə xidmətləri və yetərli məhsullar təklif edən «Unibank», sosial məsuliyyətli Bank və Azərbaycan biznesinin etibarlı tərəfdaşı kimi mövqeyini möhkəm qoruyur. Cari ilin noyabr ayının 30-na olan məlumata görə, Bankın aktivləri 422,25 milyon AZN-ə, kredit portfeli isə 309,4 milyon AZN-ə bərabər olub. Cari ilin yanvar-noyabr aylarında Bankın mənfəəti 4,4 milyon AZN-ə çatıb. «Unibank»-ın səhmdarları arasında 11 fiziki şəxs (76,52%), AYİB (15,15%) və «DEG» Almaniya İnvestisiya Şirkəti (8,33%) var. Bank 24 filial və şöbə vasitəsilə Bakı və Sumqayat şəhərlərində, habelə ölkənin daha altı vacib bölgələrində 172 mindən çox müştəriyə xidmət göstərir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.