Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Paytaxt sakinləri hansı banka daha çox etibar edirlər?

“Azərbaycan banklarından ən çox hansı banka etibar edirsiniz?” sualına paytaxt əhalisinin əksəriyyəti “Unibank” cavabını verib. Ölkə bankları içərisində kredit məhsullarına görə daha çox əlçatan bank hansıdır sualına da Bakı sakinlərinin  çoxu “Unibank” deyiblər. Bu nəticələr Business Insight Beynəlxalq Araşdırma qrupunun Bakıda əhali arasında keçirdiyi sorğu zamanı əldə edilib. Sorğuda iştirak edən əksər respondentlər, “Pul vəsaitinə ehtiyac olan zaman yardımçı bank olaraq hansı bankın adını qeyd edə bilərsiniz?” sualına cavab olaraq “Unibank”ı seçiblər. Əmanət xidmətləri üzrə cəlbedici banklar sırasında da Unibank sakinlərin seçdiyi ilk banklar sırasındadır.

Qeyd edək ki, Business Insight şirkətinin sorğusu paytaxtın 11 rayonunun 700-dən artıq sakini arasında keçirib. Sorğu 18-65 yaş arası respondentlər arasında aparılıb.

Ölkənin qabaqcıl banklarından biri olan Unibank-ın maliyyə bazarında rolu dəfələrlə bir çox beynəlxalq maliyyə institutları və KİV tərərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Unibank həmçinin biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb.

Hazırda baş ofis də daxil olmaqla, Unibank 40 filialı ilə müştərilərin xidmətindədir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın  paytaxtda 24, bölgələrdə isə 16 filialı var.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.