Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Unibank balaca dostlarını sevindirdi

Unibank əməkdaşları 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi günündə Buzovna qəsəbəsində yerləşən 3 saylı Uşaq evinin qonağı olub və  bayram münasibəti ilə uşaqları təbrik ediblər.

Öz fəaliyyətində sosial layihələrə, xüsusən də qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlərə önəm verən Unibank-ın bayram hədiyyəsi də fərqli olub. Unibank əməkdaşları, Uşaqların Beynəlxalq Müdafiəsi günündə uşaqlara onların biliklərinin artırılmasına, inkişafına töhfə verəcək kitablar hədiyyə ediblər. Nağıl kitabları ilə yanaşı, ensklopedik nəşrlər, əyləncəli jurnallar uşaqların çox xoşuna gəlib. Bank əməkdaşları qayğıya ehtiyacı olan uşaqlara sağlam və savadlı böyüməyi arzulayıblar.

Öz fəaliyyətində sosial layihələrə, xüsusən də qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlərə önəm verən Unibank, bundan sonra da sosial aksiyalar keçirməkdə, sosial layihələrə dəstək verməkdə davam edəcək.

Unibank – hər kəsin bankı.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.