Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"ALBALI PLUS" “İlin kartı” seçildi

4 bank məhsulunu birləşdirən unikal beynəlxalq kart, 300.000-dən artıq istifadəçi, 1000-dən artıq partnyor mağaza, saysız-hesabsız endirim, hədiyyə kampaniyaları.  Bu  məlumatlar "Unibank"ın "ALBALI PLUS" kartını xarakterizə edir.  Bu fərqliliyi, çoximkanlılığı səbəbindən  ALBALI PLUS  kartı  2014-cü ilin nəticələrinə görə çoxsaylı istifadəçiləri tərəfindən "İlin  taksit kartı" seçilib. Banco.az saytının 2014-cü ilin nəticələrinə görə keçirdiyi sorğuda ALBALI PLUS  kartı  respondentlər tərəfindən daha çox səs toplayaraq,  taksit kartları  içərisində ən yaxşısı seçilib.

"Unibank" müştərilərinin ehtiyac və arzularını  bir məhsulda -  "ALBALI PLUS"  kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, kredit, taksit, depozit və debet  bank xidmətlərindən istifadə edə bilər. "ALBALI PLUS"  beynəlxaq  kart olduğu üçün ölkədə və dünyanın istənilən yerində istifadə etmək mümkündür.

Albalı Plus kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini Unibank filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

"ALBALI PLUS"  - arzuları reallaşdıran kart!

"Unibank" – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.