Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb

«Unibank» ölkədə nağdsız əməliyyatların və  elektron ticarətin inkişafına daim dəstək verir və öz fəaliyyətində bu prinsipləri əsas tutur. Təsadüfi deyil ki, Mərkəzi Bankın dəstəyi ilə keçirilən  “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Elektron  ticarətin inkişafında lider bank” və “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyada Unibank elektron ticarətin inkişafında qalib yerlərdən birini tutub. Bank, "Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə mükafatlandırılıb.

«Unibank»ın partnyorları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən «Visa» və  «MasterCard»  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz  şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az  Unibank-ın böyük  partyorlarından biridir.

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

«Unibank» - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.