Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Unibank”ın “Mingəçevir” filialı yeni ünvanda

Öz müştəriləri üçün xidmət imkanlarını günü-gündən yaxşılaşdıran Unibank-dan  Mingəçevir və ətraf rayonların əhalisinə  xoş xəbər var.  Bankın Mingəçevir filialı  yenilənib. Artıq yeni ünvanda və daha geniş  ofisdə Heydər Əliyev prospekti, 36 saylı binanın qarşısında yerləşən filial ( 2 saylı Notariat Kontoruna yaxın)  müştərilərinə bütün bank xidmətlərini göstərəcək.

 “Mingəçevir”  filialı yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla,  bütün bank xidmətlərini göstərməkdə davam edəcək. Filial  fərdi  şəxslərlə yanaşı, kiçik və orta biznes sahiblərinə də xidmət edir.Vətəndaşlar filialdan nağd  kreditlər və mikro kreditlər götürə bilərlər. Yüksək səviyyəli xidmətdən  və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs  Unibank-ın “Mingəçevir”  filialına müraciət edə bilər.

Hazırda baş ofis də daxil olmaqla, Unibank  40 filialı ilə müştərilərin xidmətindədir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın  paytaxtda 24, bölgələrdə isə 16 filialı var.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

"Unibank" – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.