Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"ALBALI PLUS" artıq telefonda

"Unibank" "ALBALI PLUS" kart sahibləri üçün möhtəşəm yenilik etdi.  "ALBALI PLUS"un yeni mobil əlavəsi artıq smarfonlarda. Mobil əlavənin köməyi ilə kart istifadəçiləri kartları ilə bağlı istənilən məlumatdan  cəmi bir neçə dəqiqə ərzində xəbərdar olacaqlar. Bir çox əməliyyatları banka gəlmədən həyata keçirmək, kartın borcunu görmək və ödəmək, taksit borcunu hissələrə bölmək,  karta mədaxil olunan məbləğləri, kartla edilən əməliyyatları görmək, "ALBALI PLUS"  kartı ilə keçirilən aksiya və kampaniyalar haqqında məlumat almaq, partnyorların siyahısı- bu imkanlar artıq  "ALBALI PLUS" kartının yeni əlavəsində birləşdi.

Həmçinin, bank filiallarını, hətta  yaxınlığınızda olan ATM ünvanlarını da   mobil əlavədə görə  biləcəksiniz.

Bütün bunlar inanılmaz gəlsə də,   "Unibank" tərəfindən  məhz müştərilərinin rahatlığı üçün yaradılan yenilikdir. Əlavənin yüklənməsi isə çox asandır. Play Market və App Store-a daxil olub yeni əlavəni mobil telefonunuza pulsuz yükləyə bilərsiniz.  Yükləmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:

Android - https://play.google.com/store/apps/details…
iOS - https://itunes.apple.com/az/app/albal-plus/id972168616…

"ALBALI PLUS" mobil əlavəsini istifadə edin, həm vaxtınıza qənaət edin, həm də arzunuzu reallaşdırın!

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

"ALBALI PLUS"  - arzuları reallaşdıran kart!

"Unibank" – hər kəsin bankı!

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.