Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Moody’s” Beynəlxalq agentliyindən "Unibank"-a pozitiv qiymət

«Moody’s Investors Service» Beynəlxalq agentliyi  "Unibank" ASC- nin  reytinq  qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək,  bankın 2014 -cü ildən bu günə qədər  reytinqini «B2» səviyyəsində qoruyub saxladığını bir daha təsdiq etdi. 

"Unibank"-ın Maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq  agentliyin  bu qərarı, "Unibank"-ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Emin Rəsulzadə "Unibank"-ın bu mövqedə  stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı  kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

 “Moody's " beynəlxalq reytinq agentliyi  "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi  isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində  yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili,  girovsuz istehlakçı kreditlərinin yüksək artımı və  pərakəndə müştərilərin  aktivliyinə görə,  "Unibank"-ın Azərbaycanın  öndə gedən banklarından və ölkənin 5 ən boyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, "Unibank"-ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

"Unibank" – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.