Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

"Unibank"dan məşhur intellektual yarışa dəstək

Öz fəaliyyətində təhsil layihələrinə, intellektual verilişlərə hər zaman xüsusi diqqət ayıran Unibank, daha bir intellekt yarışına dəstək verir. Gənc nəslin  intellektual inkişafı və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması ideyasını aşılayan,dünyanın ən məşhur intellektual bilik yarışmalarından biri Unibank-ın sponsorluğu ilə Azərbaycan teleməkanında yayımlanır. 30 dəfədən artıq nüfuzlu televiziya mükafatı “Emmi” laureatına layiq görülən, “Jeopardy” verilişinin lokal versiyası olan “61!” intellektual oyunu hər kəsin bankı olan – Unibank-ın dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasında yayımlanmağa başlayıb. (https://www.youtube.com/watch?v=lIMfiAPhknI )   Qaliblərə təqdim olunacaq  pul mükafatlarının maliyyələşdirilməsini öz üzərinə götürən Unibank, iştirakçılara yarışma ərzində  həm maddi,  həm də mənəvi kömək olacaq.

Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank-hərkəsinbankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.