Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Sizin təhlükəsiz alış-veriş kartınız var?

“Unibank” ASC-i tərəfindən buraxılan “Visa” kartları İnternetdə təhlükəsiz alış-veriş vəd edir. Bankın bu kartlar üzrə siyasəti sizi fırıldaqçılığa və hesabınız barədə məlumat vasitəsi ilə yerinə yetirilən təsdiq edilməmiş alış-verişlərə görə məsuliyyətdən azad edir.

Bundan başqa, “Visa” kartlarının sahibləri üçün “Unibank” daima yeni aksiyalar keçirir. Fevralın 3-də başlayan və 2 ay davam edəcək “Visa” ilə əminliklə ödəyin” xüsusi promo-aksiya, “Facebook” sosial şəbəkəsində mükafat udmaq şansı verir. Belə ki, www.visa.com.az saytında “donmuş-barmaq” testini keçən və “Facebook” səhifəsində nəticə ilə paylaşan hər kəs – mouse (kompüter sıçanı) qazana biləcək. Həmçinin kart sahibləri bu müddət ərzində saytdan “Visa” tərəfindən ödənişlərin qoruması və İnternetdə təhlükəsiz alış-veriş üzrə ətraflı məlumat əldə edəcəklər.

“Unibank”-ın “Visa Platinum” kart sahiblərinə də xoş xəbəri var. Artıq bu ildən həmin kartlar üzrə alış-verişlər sığortalanır. Belə ki, il ərzində 20 000 USD məbləğinədək olan toplam ödəniş məbləği 365 gün ərzində sığortalanır. 5000 USD alış-veriş məbləğlərinə isə 365 gün ərzində təminat verilir.

Daha ətraflı məlumatı (012) 117 nömrəli telefondan, www.unibank.az saytından və yaxud Bankın “Facebook” sosial şəbəkəsindəki səhifəsində - www.facebook.com/unibank.az əldə etmək olar.

“Unibank” - hər kəsin Bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.