Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Gənclər gününə hədiyyə

“Unibank” gənclər günü ilə bağlı 1 həftə davam edən kampaniyaya başlayıb. Bankın filialları bu həftə ərzində öz məhsullarını gənclərin arzularına uyğunlaşdıracaq.

“Unibank” öz məhsul və xidmətlərinin təklifində, keçirdiyi kampaniyalarda hər zaman gənclərə xüsusi diqqət ayırır. 1997-ci ildən bu günə qədər hər il qeyd olunan Gənclər günü münasibəti ilə kampaniya şərtləri 18-35 yaş arası bütün gənclərə şamil edilir. İlk növbədə onlar onlayn ödənişlər üçün pulsuz “Mastercard Standart” tipli bank kartlarını əldə edə biləcəklər. Bundan başqa, 20-35 yaş arasında olan hər bir gəncə nağd kreditləri üzrə bank komissiya xərclərinə 50% endirim təqdim olunacaq.

Tələbələrə isə xüsusi imkan yaradılacaq. 18-23 yaşında olanlar üçün bu “Gənclər həftəsi” çərçivəsində limiti minimum 100 AZN olan “Albalı Plus” kartları açıla bilər. Daha ətraflı məlumat (012) 117 nömrəli telefonu, www.unibank.az saytında və yaxud Bankın “Facebook” sosial şəbəkəsindəki səhifəsində -www.facebook.com/unibank.az - əldə etmək olar.

“Unibank” - hər kəsin Bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.