Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Ad gününə inanılmaz təsədüf

Unibank-ın müştərisi Simuzər Cavadzadə ALBALI kartı ilə alış-veriş edərək, arzularını reallaşdırıb. Müştərilərinə Yeni il hədiyyəsi hazırlayan Unibank-dan əsas mükafatı Simuzər Cavadzadə qazanıb: “Mən neçə ildir Unibankın müştərisiyəm. Həyatımda ilk dəfədir ki, lotereyada hədiyyə qazandım və bu hədiyyəni də ALBALI kartım qazandırdı mənə. ALBALI kartla həm alış-veriş edirəm, həm də lazım olanda nağd pul çıxarıram. Bu yaxınlarda ad günüm olacaq. Unibank mənə ilk, həm də ən gözlənilməz və qiymətli ad günü hədiyyəsi etdi”.

“ALBALI və ALBALI PLUS kartınızla əməliyyat edin və qazanın” lotereyası çərçivəsində Unibankın 5 müştərisi“İphone 6” mobil telefonu, 30 nəfər isə pul mükafatı qazanıb. 15 noyabr 2014-  5 yanvar 2015-ci il tarixlərində ALBALI və ALBALI PLUS kartları ilə Azərbaycanda və xaricdə 20 manatlıq və daha çox nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən şəxslər lotereyanın iştirakçısı olublar.

Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan  “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə,  Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

ALBALI PLUS  - arzuları reallaşdıran kart.

Unibank-hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.