Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Bayıl” filialı yeni ünvanda- müştərilərə daha yaxın

Müştərilərə xidmətin keyfiyyətini yüksəltmək və bank məhsulları və xidmətləri ilə daha yüksək səviyyədə təmin etmək üçün, “Bayıl” filialının köçdüyü yeni ünvan əvvəlki ünvandan çox da uzaq deyil. Səbail rayonu, Salyan şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişməsi, bina 19-da (74-cü mədənin ərazisi) yerləşən filial, avtobus dayanacağına yaxındır və müştərilər  vaxt  itirmədən  bir neçə dəqiqəyə filiala müraciət edə bilərlər.

9 saylı filial yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla,  bütün bank xidmətlərini göstərir. Vətəndaşlar filialdan nağd  kreditlər və mikrokreditlər götürə bilərlər.Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09.00-dan 17.00-dək  “Bayıl” filialına müraciət edə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

“Unibank” - hər kəsin Bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.