Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

UNİBANK-da Mini MBA təhsili

Bankda yeni yaradılan “Unibank Akademiya” Departamenti  menecerlər üçün Mini MBA proqramının tədrisinə başlayıb.  Proqramın  açılış mərasimində Unibank-ın CEO-su Cəlal Qasımov bildirib ki,  bank 2014-cü ili yüksək uğurlarla başa vurur: “Uğurlarımız, inkişafımız bizi arxayın salmamalıdır, daim üzərimizdə işləməli və daha çox şey öyrənməli, müasir biznes çağırışlarına cavab verməliyik.”.

Uniakademiyanın rəhbəri Aygün Babazadənin fikrincə isə yeni biliklər yüksək potensiallı orta kəsim menecerlərə daha yaxşı qərarlar qəbul etməkdə köməklik edəcək və bu da nəticədə maliyyə göstəricilərinə çevriləcək: “Unibank-ın Mini MBA proqramı əməliyyatların idarə olunmasından maliyyə funksiyaları, korporativ strategiyadan insan kapitalınadək bütün aspektlər üzrə məsələləri əhatə edir.   Proqram klassik MBA kurikulumuna əsaslanaraq akademik konsepsiyaların real biznes kontekstində tətbiqini önə çəkir.  Kursu uğurla bitirmiş iştirakçılar Mini MBA proqramını bitirmə Sertifikatı  ilə təmin olunacaqlar”.

Uniakademiyanın tərkibində “Mini MBA və Fundamental Biznes Bilikləri”, “Yumşaq Bacarıqlar”, “Proses və məhsullar üzrə təlimlər” və “Tədqiqat və Təqaüd Proqramları” şöbələri mövcuddur.  Bu şöbələr bankın orta kəsim menecerləri ilə yanaşı, müştərilərlə ünsiyyətdə olan əməkdaşlara, yeni qəbul olmuş işçilərə treninqlərkeçirəcək, bakalavr və magistrların tədqiqat və təqaüd proqramlarında iştirak etmələri üçün layihələr keçirməklə məşğul olacaq.

“Unibank” - hər kəsin Bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.