Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» 2015 ili «Mətbuat ili» elan etdi

Ötən həftə «Unibank» tərəfdaş və mətbuat nümayəndələrini Bakının «Four Sesons Baku» otelində bir araya gətirdi. Məqsəd - dünyanın nüfuzlu jurnalı «The Banker» nəşri tərəfindən onu «Ən yaxşı riteyl bank» nominasiyası üzrə «İlin bankı» seçilməsi idi.

Tədbirdə çıxış edən Bankın CEO-su Cəlal Qasımov «Unibank»-ın 2014-cü ilə olan nailiyyətlərindən və göstəricilərindən danışdı. O bildirdi ki, pərakəndə müştərilərə göstərilən xidmətlərin keyfiyyət və kəmiyyət baxımından xeyli yüksəlməsi bankın bu nüfuzlu mükafata layiq görülməsinə səbəb olub.

Tədbir çərçivəsində «Unibank»-ın «ARZULAR REALLAŞIR» imic çarxı da ictimaiyyətə təqdim olundu. Arzularını reallaşdırmaq istiqamətində əzmlə mübarizə aparanların hər zaman sonda böyük uğurlara imza atdığını diqqətə çatdıran bu film 3 dostun uğur hekayətindən bəhs edir. Əsas iştirakçıları KİV nümayəndələri olan tədbirin qonaqları üçün daha bir sürpriz isə 2015-ci ilin «Unibank» tərəfindən «Mətbuat ili» elan edilməsi oldu. Bank gələn ili mətbuat nümayəndələri üçün çoxsaylı tədbirlər keçirməyi planlaşdırır.

«Unibank» - hər kəsin Bankı!

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.