Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» regionlarda biznesə dəstəyini artırır

Bölgələrdə sahibkarlığın inkişafına dəstək,hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Bu il bölgə sahibkarlarına 2014-cü il üçün nəzərdə tutulandan həm kreditlərin sayı, həm də məbləği baxımından daha çox biznes kreditləri verilib. Ötən ilin hesabat dövrü ilə müqayisədə 2014-cü ilin 11 ayı ərzində bölgələrə ayrılan biznes kreditlərinin sayı 94% çoxdur, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb.

Bankın Korporativ Departamentinin rəhbəri İqor Okayevin sözlərinə görə, bu, bankın Azərbaycanda  biznes sahəsinin inkişafına göstərdiyi dəstəyin daha da  artmasının göstəricisidir. Unibank gələcəkdə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini, bölgələrə kreditləşməni bir qədər də artırmağı nəzərdə tutur.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.