Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» depozitlərin faydasından danışdı

«Unibank»-ın 31 Oktyabr Beynəlxalq Əmanət günü çərçivəsində keçirdiyi silsilə tədbirlərin məqsədi də  vətəndaşları depozit qoyuluşunun faydaları haqda məlumatlandırmaq idi. Noyabr ayı ərzində davam edən “Maliyyə savadlılığı” tədbirləri çərçivəsində bank əməkdaşları tərəfindən Bakı, Gəncə, Şəmkir və İmişli rayonlarında yerləşən orta məktəblərdə keçirilən görüşlərdə şagirdlərə əmanət qoyuluşları, bank xidmətləri haqda məlumat verilib, onların mövzu ilə bağlı sualları cavablandırılıb. Keçirilən görüşlərdə şagirdlərə Əmanət günü ilə bağlı bukletlər və hədiyyələr təqdim olunub.

“Maliyyə savadlılığı” aylığı çərçivəsində bankın “Bakıxanov-2”,  “Şəki” və “Tovuz” filiallarında keçirilən “Açıq qapı” günlərində filiallara gələn müştərilərə və məktəblilərə Əmanət günü haqda geniş məlumatlar verilib.  

Ətraflı məlumatları Unibank-ın rəsmi facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

«Unibank» - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.