Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank»-dan gənc sahibkarlara növbəti dəstək

«Unibank» ikinci dəfədirki, qlobal formatlı “Start-up Weekend” tədbirinin Bakıda keçirilməsinə dəstək verir. Noyabrın 21-23-ü tarixlərində keçirilən tədbirdə, innovativ texnologiyalara əsaslanan sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalar da biraraya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar etdilər.Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üçgü nərzində startapı tam formalaşdıraraq, işlək halda təqdim etməsidir.Prosesin səmərəliliyini təmin etmək məqsədilə iştirakçılar statuslu peşəkarlar tərəfindən məsləhətlər alıblar.

“Baku Startup Weekend” müstəqil mütəxəssislərvə “Startup Weekend” qlobal forumu tərəfindən təşkil edilib.Tədbirə ABŞ, Rusiya, İordaniya, Türkiyə də daxil bir neçə ölkədən qonaqlar qatılıb.

Qeydedək ki, Start-up Weekend biznes dünyasında çox məhşur layihələrdən dir. 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən bu formatlı tədbirlərə ümumi olaraq 100 000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb  müvəffəqiyyətlə fəaliyyət göstərir.

Ətraflı məlumatı Unibank-ın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

«Unibank» - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.