Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Facebook” sosial şəbəkəsində “Unibank” ən sosialyönümlü oldu

“Facebook” sosial şəbəkəsində “Unibank” yenidən “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi elan edildi. Beynəlxalq “Socialbakers” xidmətinin hesablamalarına görə, bu bank iyulun 1-dən sentyabrın 30-dək keçirilən monitorinqin qalibidir.

Beynəlxalq xidmətin monitorinqi göstərir ki, dünyanın ən iri sosial şəbəkəsində “Unibank” ona məxsus rəsmi səhifənin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurub və maksimum 100% reytinqdən 99%-ni qazana bilib. Hal-hazırda bankın “Facebook”-dakı istifadəçilərinin sayı 224 mini ötüb. Bu da ölkə bankları arasında tərəfdaşların sayına görə ən böyük nəticədir.

Hər gün minlərlə istifadəçi burada bankın məhsul və xidmətləri barədə sual ünvanlayaraq, qısa müddətə məlumat əldə edir.

Qeyd edək ki, onu birinci etdikləri üçün “Unibank” bütün “Facebook” tərəfdaşlarına artıq təşəkkürünü bildirib. Əlavə məlumat üçün www.facebook.com/unibank.az səhifəsini ziyarət edin.

“Unibank” – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.