Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Birləşmiş Krallıqda kimlər təhsil alacaq?

Unibank Birləşmiş Krallıqda təhsil almaq istəyən gənclərimiz üçün bu ölkənin ən tanınmış universitetləri ilə tanışlıq imkanı yaratdı . British Council Azərbaycanın təşkilatçılığı ilə keçirilən və Unibankın dəstək verdiyi “Education UK – Birləşmiş Krallıqda Təhsil” sərgisinə qatılan minlərlə gənc dünyanın ən yaxşı universitetlərində təhsil imkanlarını nəzərdən keçirdilər. 01-02 noyabr  tarixlərində  Bakıda keçirilən sərgi çərçivəsində Birləşmiş Krallıqdan 43 universitet, məktəb, kollec və dil kursu  gənclərimizin seçiminə verildi. 2 günlük sərginin iştirakçıları təhsil, təqaüd proqramları ilə tanış olaraq, universitetlər tərəfindən təşkil olunan seminarlarda maraqlandıqları suallara da  cavab tapdılar. Sərginin ən maraqlı hissəsi isə  hədiyyələrlə bağlı keçirilən müsabiqələr oldu. Sərgiyə qatıldıqları üçün Unibank-dan və tədbirin təşkilatçılarından  maraqlı hədiyyələr qazanan tələbələr, bundan əlavə sosial şəbəkələrdə paylaşmaları ilə də müsabiqə iştirakçısı oldular.  Unibank və British Council-ın birgə təşkilatçılığı ilə sərgi iştirakçıları arasında  #edukaz  həştaq müsabiqəsi keçirildi. Ən yaxşı və maraqlı həştaqı yazan 2 iştirakçı Unibank-dan xüsusi hədiyyə qazandı.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.