Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

«Unibank» «Asan İmza» xidmətinə qoşulur

“Unibank” ASC-nin “Asan İmza” (mobil imza) elektron xidmətinə qoşulması nəticəsində fiziki və korporativ müştərilər rahat və təhlükəsiz şəkildə bank əməliyyatlarını apara biləcəklər.

Rəqəmsal mobil imza sayəsində onlar artıq kimliyini təsdiqləmək üçün mobil telefonlarından istifadə edəcəklər. Yeni xidmət “Unibank” müştərilərinə filiallara gəlmədən, istənilən məsafədən bank xidmətlərindən yararlanmağa imkan verir. "Asan İmza" texnologiyası onlayn bankçılıq nöqteyi-nəzərindən yüksək etibarlılığı və təhlükəsizliyi ilə də seçilir. Bu zaman mobil telefon rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə olunur.

“Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Daha ətraflı məlumatı (012) 117 nömrəli telefondan, www.unibank.az saytından və yaxud bankın “Facebook” sosial şəbəkəsindəki səhifəsindən www.facebook.com/unibank.az əldə etmək olar.

“Unibank” – hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.