Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

“Unibank” və “British Council”-dan birgə təhsil sərgisi

“Unibank” 1-2 noyabr tarixlərində “British Council Azərbaycan”-ın təşkilatçılığı ilə Bakıda keçirilən növbəti “Education UK” sərgisinin əsas dəstəkçisi oldu.

“Hilton” otelində təşkil edilən “Education in UK – Birləşmiş Krallıqda təhsil” sərgisində Britaniyadan 43 universitet, məktəb, kollec və dil kursu iştirak edəcək. Onlardan 24 universitet 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramında yer alıb. Sərgiyə qatılan bu 24 ali məktəbə qəbul olunan Azərbaycan gəncləri, artıq dövlət təqaüdü ilə Britaniyada təhsil ala biləcəklər. 31 oktyabr tarixinədək onlayn-qeydiyyatdan keçə bilməyən şəxslər isə sərginin hər iki günü saat 11.00-dan 17.00-dək elə onun ərazisində bu qeydiyyatdan keçmək imkanında olacaqlar.

Qeyd edək ki, tədbirin rəsmi açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab İrfan Siddiqinq və “British Council Azərbaycan”-ın direktoru xanım Elizabet Vayt da iştirak edəcəklər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.