Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Yeni ünvanda daha yüksək xidmət

Artıq Bakıxanov qəsəbəsi və ətraf yaşayış məntəqələrinin sakinləri “Unibank”-ın xidmətlərindən daha rahat istifadə edə bilərlər. Çünki Bankın 20 saylı filialı (“Bakıxanov-2” ) daha geniş ofisdə fəaliyyətini davam etdirir.

Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini və bank məhsullarının satışını daha yüksək səviyyədə təmin etmək üçün “Bakıxanov” filialının köçdüyü yeni ünvan əvvəlki ofisin yanındadır. Vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətləri göstərilir. “Unibank”-ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü ərzində saat 09.00-dan 17.00-dək Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, 27 C ünvanında və “Bakıxanov” alış-veriş mərkəzinin yaxınlığında yerləşən filiala müraciət edə bilər.

Filial şəbəkəsini genişləndirməklə müştərilərinə daha da yaxın olmağı əsas prioritetlərindən seçən Bank, istər paytaxtda, istərsə də bölgələrdə geniş xidmət şəbəkəsinə malikdir. “Unibank” ASC-in xidmət şəbəkəsi bugün paytaxtda 23, bölgələrdə isə 15 filialdan ibarətdir. Baş ofis də daxil olmaqla, 38 filial həftənin 6 günü, nahar fasiləsi olmadan müştərilərinə müxtəlif bank xidmətləri göstərir.

Daha ətraflı məlumatları (012) 117 nömrəli telefondan, www.unibank.az saytından və yaxud Bankın “Facebook” səhifəsindən www.facebook.com/unibank.az) əldə etmək olar.

«Unibank» - hər kəsin bankı!


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.