Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Bank əməkdaşı ilə müsahibə

Azərbaycanda banklar sadə olmayan pərakəndə strategiya transformasiyası mərhələsini yaşayırlar. Bu dövrdə qabaqcıl müştərilər onların hər birinin  siyasətini reklam çarxlarına görə deyil, bank filialına gələrək, konkret front-ofisdəki əməkdaşlarla qarşılaşanda təhlil edərək, öz qərarlarını verirlər. Bankda kadrların seçilməsinin xüsusiyyətlərini oyrənmək və müştərilərə xidmətin necə həyata keçirilməli olduğunu filial rəhbərinin nöqteyi-nəzərindən aydınlaşdırmaq üçün biz bank sahəsinin liderlərindən biri “Unibank” ASC-nin filiallarından birinin meneceri Emil Qədimovla söhbət etmək qərarına gəldik.

– Emil salam, məlumdur ki, “Unibank” adi bank deyil və onu xüsusiləşdirən düzgün kadr siyasətidir. Mümkündürsə deyin, banka gəlişiniz necə oldu?

- “Unibank”a 2002-ci ilin noyabrında, tələbə partası arxasından gəldim. Yadımdadır ki, o zaman bankın idarə heyətinin üzvlərindən biri ilə uzunsürən dialoqum oldu. Məndən soruşdular ki, hansı qeyri-adi bacarıqlara sahibəm ki, təcrübəm olmadığı halda bu işə layiq olduğumu düşünürəm. Mənim cavabım eyni zamanda qısa və kifayət qədər inamlı oldu. Mən dedim ki, o məni banka götürsə, yanılmayacaq. Görünür, cavabım onun xoşuna gəldi, çünki elə səhərisi gün sınaq müddətinə çağırıldım, 2 aydan sonra isə “Unibank”ın ştatlı işçisi oldum. Kiçik kredit mütəxəssisi vəzifəsilə işə başladım və dörd il müddətində əvvəlcə kredit şöbəsinin müdiri, sonra filiallardan birində menecer postu almağa müvəffəq oldum.

- Bəs bu sürətli karyera yüksəlişini nə ilə əlaqələndirirsiniz? İndi gələcək menecerlərin işə götürülməsi üçün bankın kadr seçimində iştirak edirsinizmi?

- Belə karyera yüksəlişi daha çox bank sektorunun sürətli inkişafı ilə bağlıdır. Həm də kredit təsisatlarının yüksək inkişafı üçün əlverişli bir dövrə təsadüf etdi və müvafiq olaraq gələcəyini bizim bankla bağlayanlar üçün münasib karyera yüksəlişi baş verdi. Bundan başqa, məncə, əlbəttə ambisiyalar, irəliləmək, işdə uğurlara nail olmaq hesabına özünütəsdiq arzuları hərəkətə gətirdi. Biznesin bütün sahələrində olduğu kimi, hazırda bankın kadr siyasətində sistemli yanaşma hökm sürür. Bu əməkdaşların tapılması prosesindən tutmuş onların daha yüksək vəzifələrə sonrakı rotasiyasınadək bütün dövrü əhatə edir. Bir qayda olaraq, daha gənc mütəxəssislərə, ali məktəbləri təzəcə bitirənlərə üstünlük verilir. Təcrübə göstərir ki, belə işaxtaranlar daha yaxşı adaptasiya olunurlar və daha çox ambisiyalıdırlar. Əlbəttə ki, biz onları sadə məntiqi və riyazi tapşırıqlar, düşüncə üçün testlərdən ibarət biliklərinin elementar şəkildə yoxlanmasına dəvət edirik. Keçid balını toplayanlar, vakansiya elan edilən filial və xidmətlərin menecerlərilə müsahibəyə göndərilirlər. Sonra bütün namizədlər sınaq müddətinə dəvət olunurlar və yüksək kvalifikasiyalı rəhbər-əməkdaşa təhkim edilirlər ki, hazırlanmasına və adaptasiyasına kömək etsin. Yerigəlmişkən, təcrübəçi işə götürülərkən rəhbər özü də bütün hallarda pul mükafatı ilə motivasiya olunur. 

- Siz on minlərlə müştəriyə xidmət göstərən paytaxt filiallarından birinə rəhbərlik edirsiniz.  Sadə müştərinin fikrinizcə, zahirən filialın işi kifayət qədər çətindir, ona görə maraqlıdır, daxildə hər şey nə qədər qəlizdir?

- Xoşbəxtlikdən siz haqlısınız, müştərilərimiz az deyil. Bizim məqsədimiz də odur ki, filialdan çıxan müştərimiz böyük məmnuniyyətlə yenidən bizə müraciət etsin. Müştəri məmnuniyyətinə nail olmaq üçün mənim fikrimcə, üç nüasn vacibdir. Birincisi, bu savadlı şəkildə hazırlanmış heyətə sahib olmaqdır. İkincisi, sınaqdan keçirilmiş biznes-proseslərdir. Üçüncüsü isə həmişə banka mükəmməl məhsuldar xətt lazımdır. Əgər bizim tam düşünülmüş biznes-proseslərdən danışsaq, Sizi və  Biznesinfo-nun oxucularını əmin edirəm ki, “Unibank”da onlar yüksək səviyyədə oz əksini tapıb. Öz növbəsində xidmət xəttinin mükəmməlliyi satışın idarəedilməsini savadlı şəkildə təmin edir. Müştərilərin tələbatı daim öyrənilərək, bazar diqqətlə analiz olunur və bunun nəticəsində biz fasiləsiz olaraq təkmilləşirik. Müştərilərin təklifləri və şikayətlərinin monitorinq edilməsilə yanaşı, biz tez-tez filialda müştərilər arasında blis-sorğular keçiririk. Nəticədə müştərinin hər bir fikri analiz olunur və onun şikayəti, iradı cavabsız qalmır, problemlər operativ şəkildə aradan qaldırılır. Bax belə sistemli yanaşma olduqda, hər şey qaydasına düşəndə, filiala rəhbərlik etmək “baş ağrısı” olmur, əksinə işimdən yalnız zövq alıram.

- Özünüzü necə rəhbər işçi hesab edirsiniz?

- Menecerin tapşırığı rəhbərlik və məsuliyyətdən ibarətdir. Əməkdaş səhv buraxdığı halda biz birinci növbədə onun səhvinin səbəblərini müəyyən etməyə çalışırıq və əməkdaşı cəzalandırmağa deyil, həmin səbəbi aradan qaldırmağa səy göstəririk. Hər bir biznesdə olduğu kimi, bankımızda heyətin motivasiyasına sistemli və şəffaf yanaşma tətbiq edilir. Öz menecer fəaliyyətimdə əməkdaşlar arasında tez-tez  sorğular keçiririk. Axı hər bir mütəxəssüs üçün onun fikrinin vacib, yararlı olduğunu anlamaq çox xoşdur.  Hesab edirəm ki, belə metodlardan istifadə edən hər bir menecerə həmkarları ancaq hörmət edər və qiymətləndirər.

- “Unibank” müştərilərin sayına görə qabaqcıl banklardan biridir. Sizin fikrinizcə, bank seçərkən müştəriləri həvəsləndirən nədir?

- Müştərilər “Unibank”ı ona görə seçirlər ki, o, “Hər kəsin bankı” sloqanına tam sadiqdir. Həkim, müəllim, təsisçi, hərbçi və ya iri sahibkar olsun, istənilən kateqoriya üzrə müştəri maliyyə məsələlərinin bizim bankda həllinə arxalana bilər. Bununla yanaşı, biz müştəri əməliyyatının nə qədər mənfəətli olmasından asılı olmayaraq, hamıya yüksək xidmət göstərməyə çalışırıq. Düşünürəm ki, bu bizim uğurlarımızın əsas səbəblərindən biridir, biz həqiqətən də hər kəsin bankı olduq.

- Bankda karyera qurmaq istəyənlərə nə tövsiyyə edərdiniz?

- Hesab edirəm ki, hər bir şirkətdə olduğu kimi bankda uğur qazanmaq üçün yaxşı təhsildən başqa, müvafiq ambisiyalara malik olmalısan. Mütləq öz qarşına məqsəd qoymalısan – ən yüksək vəzifəyə nail olmaq, öz işinin peşəkarına çevrilmək. Bankda karyera quranların hamısını buna çağırıram və hər hansı steriotipləri varsa, kənara atmağı məsləhət görürəm. Başqa sözlə, öz məqsədinə heç olmasa bir addım yaxınlaşmaq, bilik daxılına bir qəpik də olsa əlavə etmək üçün hər şeyə əl atmalısan. Bir də onu tövsiyyə edirəm ki, çox pul versələr belə tez-tez bir təşkilatdan o birinə transfer etməsinlər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.