Şirkətlər > Banklar və sığorta > Banklar
 

Unibank

az | ru
 
 
 
 

Məqsədimiz – hər kəsin bankı olmaqdır!

Müsahibimiz «Unibank» İdarə Heyəti sədrinin müavini, pərakəndə bank xidmətləri üzrə direktor Xalid Əhədovdur.

- Xalid müəllim, «Unibank» ötən ili necə başa vurdu?

- Ötən ili yüksək göstəricilərlə başa vurduq. Bir çox uğurlu layihələrə imza atıldı. Qarşıya qoyduğumuz strategiyanın uğurla reallaşması öz bəhrəsini verdi. Təkcə son bir ildə Bankımızın nizamnamə kapitalı 37 % artaraq, 62 milyon manata çatıb. Bu xoş statistika özünü «Unibank»ın kredit portfelinin 30 %-ə yaxın artmasında da göstərir. Əsas məqsədlərimizdən biri Bankımıza inam və etibarın günü-gündən artmasıdır. Təsadüfi deyil ki, başa vurmaqda olduğumuz  bu ildə, qoyulan depozitlərin həcmi 40% artıb. Hər kəsin Bankı olmağı özünə şüar seçən «Unibank», 2012-ci ili 88%-lik müştəri artımı ilə başa vurdu. «Unibank» daim müştərilərinin rahatlığı üçün çalışmaqdadır.

«Unibank» müştərilərinə xidmət şəbəkəsini genişləndirməkdə, filialların sayını artırmaqda davam edir. Təkcə ötən il yeni açılan filiallarımızı sayı 6 (İmişli, İsmayıllı, Bərdə, Xalqlar, Xırdalan, Mərdəkan) olub. Bu xidmət nöqtələri həm paytaxtı, həm də regionları əhatə edir.  Filial şəbəkələrini genişləndirdiyimiz zaman, ən əsas məqsədimiz müştərilərə daha yaxın olmaq, onların bütün növ bank xidmətlərinə tələbatlarını vaxtında və keyfiyyətlə ödəməkdir. Hər kəsin bankı olaraq, hər kəsə vaxtında və hər növdə bank xidməti göstərmək əsas amalımızdır. Müştərilərə daha rahat xidmət strategiyası hazırlanmışdır. Sənəd dövriyyəsi maksimum azaldılaraq, xidmət sadələşdirilib, texniki təminat gücləndirilib.

Müştərilərimizə daha operativ xidmət göstərmək məqsədilə, yeni  məhsulların müştərilərin istifadəsinə daha tez və operativ çatdırılması üçün müasir standartlara cavab verən proqram təminatı yaradılmışıdır.

  • Ötən il «Unibank» daha hansı nailiyyətlərlə seçildi? Siz müştərilərə daha hansı xidmətlər təklif etdiniz?

- Ötən il müştərilərin ehtiyaclarına yönəldilmiş bir sıra məhsul növləri yaratdıq. Mövcud məhsul növləri üzrə isə məlumatlandırıcı aksiyalar keçirdik. Bizim xidmət strategiyamız  müştərilərimizin istək, arzu və iradlarını öyrənərək, sırf onların ehtiyaclarını ödəməyə yönələn bir strategiyadır.

Ayrıca, bazara çıxarılan hər məhsul növü üzrə geniş aksiyalar keçirilir. Məsələn, biz “müəllim aksiyası” keçirdik. Yadınızdadırsa,  hörmətli təhsil naziri Misir Mərdanovun iştirakı ilə “keçirilən aksiya çərçivəsində dəyərli müəllimlərimizə yönəlmiş bir məhsul təqdim edildi. Bu sadəcə bizim keçirdiyimiz aksiyalardan biri idi. Bu tədbirlə yanaşı həkimlər, dövlət qulluqçuları, metropoliten işçiləri üçün də bu cür aksiyalar keçirilmişdir.

- Ötən il Sizin bank bazara yeni məhsulla «ALBALI» kartla çıxdı. Bu kampaniyanın nəticələri barədə danışın

- Artıq hər kəsin çox sərfəli kart kimi tanıdığı «ALBALI» müştərilərimiz arasında həqiqətən çox böyük marağa səbəb oldu. Bu məhsul sayəsində müştərilərimiz xərclərini daha yaxşı planlaşdıra biləcək. Bu layihə üzrə tərəfdaş şəbəkəmiz, demək olar ki, hər gün genişlənməkdədir. «ALBALI» kartı ilə bağlı tərəfdaşlarımızın sayı 350-ni ötüb.

Müştərilərimiz «ALBALI» kart üzrə nağdsız hesablaşmaları icra etdikdən sonra , hər hansı filialımıza yaxınlaşaraq, istər əməliyyatçılar,  istərsə də “Cash-in” aparatları vasitəsi ilə öz ödənişlərini həyata keçirə bilərlər. “Cash-in” aparatları ödənişdə heç bir çətinlik yaratmamaqla bərabər, həm də  müştərilərin vaxtına da qənaət edir. Çox tezliklə internet üzərindən də kredit ödənişləri aparmaq mümkün olacaqdır.

  • 2012-ci il marketinq fəaliyyəti baxımından «Unibank» üçün nə ilə yadda qaldı?

 

  • Ötən il biz marketinq fəaliyyətlərimizi genişləndirdik, sosial şəbəkələr və bir sıra reklam vasitələri ilə müştərilərimizlə kommunikasiya əlaqələrini daha da gücləndirdik. Biz, bu vasitə ilə müştərilərimizə daha yaxın olub, onların təklif və iradlarını öyrənir, eyni zamanda bankın bütün yenilikləri ilə tanış edirik.

 

  • «Unibank»-ın kadr siyasətində hansı dəyişikliklər baş verib?

 

  • Biz ötən ildə kadr siyasətində bəzi dəyişikliklərə imza atdıq. İşçi heyətinin mövcud strategiyaya uyğunlaşdırılması məqsədilə işlər görüldü. «Unibank»da işlə təmin olunmaq arzusunda olanlar üçün onların bu sahədə bilik və bacarıqlara sahiblənməsi üçün müvafiq treninqlər keçirildi. Bir faktı deyim, ötən il 300-ə yaxın yeni əməkdaş Bankımızın kollektivinə qoşulub.

 

  • Cari ildə Bankın müştərilərini daha hansı yeniliklər gözləyir?
  • «Unibank» 2013-cü ildə də müştərilərini yeni və fərqli xidmətləri ilə sevindirəcək. Biz hər kəsin bankı olmaq üçün daha böyük işlərə, uğurlara imza atmaq niyyətindəyik.

 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.