Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

Şəkidə regional biznes-forum keçirilib

“PAŞA Bank”-ın təşkilatı dəstəyi ilə oktyabrın 22-də Şəkidə “Aqrar sənayenin və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivləri” mövzusunda regional biznes-forum keçirilib.

Foruma Şəki, Zaqatala, Qəbələ, Oğuz şəhərlərindən və yaxın rayonlardan kiçik və orta biznes sektorunun 50-yə yaxın müəssisəsinin nümayəndəsi, həmçinin yerli icra hakimiyyətinin rəhbərləri qatılıb. Tədbirdə Kənd təsərrüfatı nazirliyinin, “PAŞA Holdinq”-in, “PAŞA Bank”-ın və “PAŞA Sığorta” şirkətinin mütəxəssisləri məruzə ilə çıxış ediblər.

“PAŞA Bank”-ın İdarə Heyətinin üzvü Taleh Kazımovun sözlərinə görə, Bank özünü müştərilərə daha çox maliyyə tərəfdaşı kimi təqdim edir, hansı ki maliyyə məsələlərini həll etməklə yanaşı, biznes məsləhətlər də təklif edir. «Elə bu səbdən də forumda qarşımıza qoyduğumuz əsas məqsəd aqrar sənaye və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivlərində bankların rolu ətrafında müzakirələr və fikir mübadiləsi aparmaq idi”, - deyə o vurğülayıb.

Qeyd edək ki, Şəkidə keçən forum çərçivəsində iştirakçılar kənd təsərrüfatının və aqrar sənayenin müasir vəziyyəti, kiçik və orta biznes sektorunun iştirakı ilə aqrar sənayesinin potensial inkişaf imkanlarını nəzərdəm keçiriblər. Bu zaman nümayəndələr alternativ maliyyə mənbələrinin istifadəsi ilə yerli şirkətlərin timsalında özəl investisiya layihələri ilə də tanış olublar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.