Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank "World Finance" tərəfindən üç nüfuzlu mükafata layiq görülüb

PAŞA Bank, beynəlxalq “World Finance” jurnalının təsis etdiyi üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Ölkənin ən iri özəl maliyyə institutu ilk dəfə olaraq “Azərbaycanda ən yaxşı kommersiya bankı”, “Azərbaycanda ən yaxşı bank qrupu” adını alıb. Bundan başqa, artıq ikinci ildir ki, “Azərbaycanda private banking xidmətlərini göstərən ən yaxşı bank” mükafatına layiq görülülb.

PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundovun sözlərinə görə, fəaliyyətdə olduğu 7 il ərzində Bank öz fəaliyyətində yalnız ən yaxşı dünya təcrübəsinə əsaslanıb. “Hal-hazırda PAŞA Bank həm Azərbaycanda, həm də Gürcüstanda öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. Biznesin həcminin hər il artması təkcə yerli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə bir maliyyə institutu kimi bizə etimadın artmasından xəbər verir. F.Axundovun fikrincə, bu nüfuzlu mükafatlar Basnkın nailiyyətlərinin növbəti dəfə təsdiqi və göstərdiyi xidmətlərin keyfiyyətinə verilən yüksək qiymətdir.

Qeyd edək ki, mükafatlar işgüzar “World Finance” nəşriyyatı tərəfindən 2007-ci ildə təsis olunub və iqtisadiyyatın müxtəlif sektorlarının liderlərinə əldə olunan nailiyyətlərə, yenilikçi yanaşmaya və ən yaxşı standart və təcrübələrin tətbiqinə görə verilir. Mükafatın nominantları “World Finance” auditoriyası tərəfindən açıq səsvermə yolu ilə seçilir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.