Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank yenidən SIBOS forumunun iştirakçısıdır

Sentyabrın 29-da Bostonda (ABŞ) SIBOS 2014 36-cı Beynəlxalq maliyyə sənayesi forumu start götürüb. Ötən il olduğu kimi, bu ildə forumda Azərbaycanın və regionun bank sektorunun  yeganə təmsilçisi PASHA Bank oldu. Bankın nümayəndələri qabaqcıl maliyyə xidmətlərinin inkişafı üzrə layihəlrin və yeni imkanların müzakirəsində iştirak edirlər. Bu il forumun fəxri qonağı Microsoft şirkətinin Direktorlar şurasının sədri Bill Geyts olacaq. Onun yekun plenumda nitqlə çıxış edəcəyi gözlənilir. PAŞA Bankın İdarə Heyətinin sərdi Fərid Axundovin fikrincə, rəhbərlik etdiyi bankın nümayəndələrinin dünya səviyyəli forumda iştirak etməsi maliyyə sektorunun aparıcı şirlətləri ilə əməkdaşlıq üçün gözəl imkandır. Eyni zamanda dünyanın ən yaxşı banklarının təcrübəsini mənimsəyərək, sonradan onları Azərbaycan bazarında tətbiq etməyə imkan verir. F.Axundov həmçinin hesab edir ki, SİBOS-da iştirak Azərbaycanın öz uğurlarını nümayiş etdirməsi üçün çox gözəl bir imkandır.

Qeyd edək ki, bu, PAŞA Bankın fəal iştirak etdiyi sayca 5-ci beynəlxalq SIBOS forumudur. Ümumdünya İnterbank Maliyyə Telekommunikasiyaları Birliyinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçısı olduğu Forum növbəti ildə Sinqapurda keçiriləcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.