Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank “İnternet Bank” sistemində "Asan İmza"nı tətbiq etdi


PAŞA Bank “İnternet Bank” sistemində "Asan İmza" mobil elektron imzanın istifadəsinə başladı. Bankın mətbuat üçün açıqlamasına görə, bu sistem vasitəsilə onun müştəriləri yerli və beynəlxalq ödənişlər və valyuta konvertasiyası, bankın nümayəndəsi ilə özəl ismarıc sistemi üzərindən məlumat mübadiləsi, hesabdakı qalıqlara və valyuta məzənnəsinə dair məlumatların əldə edilməsi, aparılmış tranzaksiyaların arxivləşdirilməsi və s. əməliyyatları həyata keçirə bilərlər.

PAŞA Bankın dayrekt-bankinq Departamentinin direktoru Leyla Məmmədovanın sözlərinə görə, gələcəkdə rəqəmli imzanın istifadəsi ölkənin bank sektoru üçün məcburi olacaq.  PAŞA Bankın bank sistemlərinin inkişafı Departamentinin direktoru Fuad Aslanov hesab edir ki, bugün "Asan İmza" ölkənin qanunvericiliyi baxımdan mobil elektron imza üçün yeganə leqal imkandır. Yeni sistem müştərilərə təhlükəsizliyə xələl gətirmədən, Banka gəlmədən bank xidmətlərindən istifadə etmək, o cümlədən müqavilələri imzalamaq imkanı verir.

Qeyd edək ki, “Asan İmza” vasitəsilə Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı imkanı mümkündür.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.