Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

“PASHA Bank” birinci yarımil üzrə uğurlarının hesabatını verdi

“PASHA Bank” birinci yarımildə aktivlərini 42% artıraraq, ölkənin bank sektorunda liderlik mövqeyini qoruyub. Bu barədə kapitallaşmasının səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankının rəhbər şəxsləri 2014-cü ilin yanvar-iyun ayının yekunlarına həsr olunmuş xüsusi mətbuat konfransında qeyd ediblər.

Hesabata əsasən, ötən yarımildə “PASHA Bank”ın aktivləri 998 milyon AZN-i ötüb, bu isə kiçik və orta biznes də daxil olmaqla korporativ müştərilərə daha geniş spektrdə xidmətlər təklif etməyə yönəlmiş strateji inkişaf müddətinin uğurla başa vurulduğundan xəbər verir. Bankın aktivlərinin strukturunda müştərilərə verilən kreditlər 37%, qiymətli kağızlar portfeli isə 34% təşkil edib. İlin birinci yarımilində müştərilərə verilmiş kreditlər üzrə göstəricilər 10% artaraq, 384.5 milyon AZN-dək yüksəlib. Bununla yanaşı, portfel üzrə effektiv ehtiyat dərəcəsi 3.3% təşkil edib. Etibarlılıq və yüksək nüfuzu sayəsində bank müştəri bazasının əhəmiyyətli səviyyədə artırmağa nail olub. Nəticədə Bankın müştəri bazasında vəsaitlərin həcmi 449,188 min AZN-ə çatıb. Qeyd olunan müştəri balansları əsas tələb olunan və müddətli hesablarda müvafiq olaraq 63% və 37% nisbətində cəmlənib. Bankın 2014-cü ilin başa çatmış 6 ayı üzrə xalis mənfəəti 2,499 min AZN olub, bu isə da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 54% azdır. Bununla yanaşı, ümumi əməliyyat gəliri üzrə artım 6%, faizlər üzrə artım 9% səviyyəsindədir.

Bankın əldə etdiyi uğurlar arasında məcmu kapitalın Mərkəzi Bankın 45% kapital tələbində güclü daxili kapital yüksəlişi əldə etməsi də vurğulanıb. “PASHA Bank”ın prioritetləri kimi həmçinin “Basel II” və “Basel III”, həmçinin dividendlərin ödənilməsi prioritet olaraq qalır. Beləliklə, 2014-cü ildə Bank səhmdarlara 2013-ci ilin xalis mənfəətindən 14,992 min AZN (19,115 min ABŞ dolları) məbləğində dividend ödəmişdir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.