Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank və British Council jurnalistlər üçün növbəti təlim proqramı elan ediblər

PAŞA Bank və British Council, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyilə jurnalistlərin peşəkar inkişafı üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan edir.

2014-cü ilin noyabr ayından başlanacaq təlimlərə 10 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal və tam davamiyyəti olan iştirakçılar Böyük Britaniyada Thomson Foundation təşkilatı tərəfindən təşkil edilmiş təlim proqramında iştirak edəcəklər. Layihə çərçivəsində iştirakçılara biznes-jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəkdir.

Qeyd edək ki, layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.