Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank “Embawood” şirkətinin istiqrazlarının emissiyasında anderrayter qismində çıxış etdi

PAŞA Bank “Embawood” MMC şirkətinin istiqrazlarının ilk dəfə olaraq Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsilə əlaqədar olaraq təqdimat mərasimi keçirildi. Tədbirdə yeni emissiya edilmiş istiqrazların anderrayteri qismində çıxış edən PAŞA Bank, PAŞA Kapital, digər banklar və seçilmiş şirkətlərin təmsilçiləri, Listinq Məsləhət Proqramı (LMP) üzrə tərəfdaş şirkətlər, broker şirkətlər və digər qonaqlar iştirak etdilər.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov son dövrlərdə şirkətlərin kapital bazarlarına maraqlarının artdığını, korporativ istiqraz vasitəsilə aşağı maliyyətli, müddət və geri ödəniş baxımından daha əlverişli maliyyə resursları cəlb etmə imkanları əldə etdiklərini qeyd etdi. “PAŞA Bank bu günə qədər 15-ə yaxın korporativ istiqraz yerləşdirməsində şirkətlərə uğurlu məsləhət və anderraytinq xidmətləri göstərmişdir. Bugünə kimi reallaşdırılan layihələrin nəticəsində PAŞA Bank və PAŞA Kapital öz kateqoriyalarında dünyanın ən nüfuzlu maliyyə jurnallarından biri olan “EMEA Finance” tərəfindən ilin ən yaxşı investisiya bankı və ilin ən yaxşı broker şirkəti adına layiq görülüblər. “Embawood” şirkətinin bugünə qədər apardığı uğurlu fəaliyyətinin davamı və qarşısında duran böyük layihələrin reallaşdırılmasında korporativ istiqraz yerləşdirməklə cəlb etdiyi resursların əhəmiyyətli dəstəyinin olacağına inanırıq”, deyə T. Kazımov bildirib.

Tədbirin sonunda “Embawood” şirkəti tərəfindən “Listinqə qəbul edilmə” ilə bağlı saziş imzalanandı. İstiqrazların kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də yerləşdirilməsi 22 avqust 2014-cü il tarixdən həyata keçiriləcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.