Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

“Mən PAŞA Bankın təqaüdçüsüyəm” müsabiqəsinin qalibləri elan olundu

PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə həyata keçirdiyi “Mən PAŞA Bankın təqaüdçüsüyəm” müsabiqəsinin 12 tələbə - qaliblərinin adları açıqlandı. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr iştirak edirdilər. Bundan başqa, I kurs magistr tələbələri də təqaüdçü olmaq şansı qazandılar.  

Bank tərəfindən qaliblərə bir il müddətinə hər ay 100 AZN məbləğində təqaüd ödəniləcək.  PAŞA Bank-ın artıq 3 ildir ki, həyata keçirdiyi təqaüd proqramından bugünədək Azərbaycan ali təhsil müəssisələrinin 40-a yaxın tələbəsi yararlanıb.

Qeyd edək ki, layihədə iştirak üçün tələbələr birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz araşdırmalarını təqdim etməli idilər və araşdırmaları fərqlənmiş tələbələr, ikinci seçim mərhələsində - müsahibə mərhələsində iştirak şansı qazanıblar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.