Şirkətlər > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

PAŞA Bank rüblük iqtisadi icmalın ikinci sayını hazırladı

PAŞA Bank rüblük əsasda ölkə üzrə iqtisadi icmalları hazırlamağa davam edir. Növbəti icmalda cari ilin 6 ayında iqtisadi artımın əsas aparıcı qüvvəsi qeyri-neft sektorunun qeyri-neft iqtisadiyyatının bütün sahələrində artıma pozitiv töhfə verdiyi qeyd olunur.

PAŞA Bankın iqtisadi araşdırmalar şöbəsinin müdiri Elman Eminovun sözlərinə görə, büdcənin investisiya xərclərinin azaldılması və ölkə daxili ərzaq istehsalının genişlənməsi idxalı azaltmış, nəticədə qeyri-neft sektorunun cari əməliyyatlar balansı yaxşılaşmışdır. “İllik inflyasiya səviyyəsi birrəqəmli olaraq qalmış və ilin sonuna inflyasiya təzyiqlərinin aktivləşəcəyi ehtimalı aşağı səviyyədə olduğu müəyyənləşdirilmişdir. Bütövlükdə, ölkənin güclü makroiqtisadi tarazlığı dövlət-özəl tələbi arasındakı yenidən balanslaşma proseslərinin uğurla idarə olunmasına geniş imkanlar açır”, - deyə E.Eminov bildirib.

Bundan başqa, bank hesabatında qeyd olunur ki, Mərkəzi Bankın son dövrlər atdığı prudensial addımlar iqtisadiyyatın bazar-əsaslı maliyyələşməsini daha da sürətləndirəcək. PAŞA Bank daxili və regional ekspansiyasına uyğun olaraq bu proseslərdə aktiv rol almaq əzmindədir”, -deyə Bankın İnvestisiya Bankçılığı və Xəzinədarlıq departamentinin direktoru Ahmet Üstmen bildirib.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.