Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

“PASHA Capital” Azərbaycanın ən yaxşı brokeri elan edilib

PAŞA Kapital şirkəti “EMEA Finance” beynəlxalq maliyyə jurnalının 2013-cü il yekunlarına əsasən “Azərbaycanda ən yaxşı broker” mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimat mərasimi “Europe Banking Awards 2013” çərçivəsində Varşavada (Polşa) keçirilib.   

PAŞA Kapitalın Direktoru Ceyhun Hacıyevin sözlərinə görə, yaradıldığı andan günümüzə kimi, şirkət kapital bazarının bütün sahələrində vəsaitlərin səmərəli şəkildə idarə olunmasında yerli və xarici investorları maksimum səviyyədə dəstəklənməsini təmin edir. 2013-cü ildə şirkət ümumi dəyəri 41,1 milyon AZN (təxminən 53 milyon ABŞ dolları) olan 6 korporativ istiqraz buraxılışında yerləşdirmə agenti rolunda uğurla çıxış edib. Yerli bazarın  tələblərinə  və biznes mühitinə yaxşı bələd olması nəticəsində PAŞA Kapital qısa müddət ərzində bazarda kifayət qədər rəqabətə davamlı olmağı və sadiq müştərilər cəlb etməyi bacarıb. 2013-cü ilin 7 ayı ərzində PAŞA Kapital bazarda mövcud olan 11 aktiv broker şirkətin reytinq cədvəlində lider mövqeyini qoruyub saxlamağa müvəffəq olub. Buna sübut olaraq 2013-cü ildə PAŞA Kapital əməliyyatlarının ümumi dövriyyəsinin təxminən 2,15 milyard AZN (təxminən 2,74 milyard ABŞ dollar) təşkil etməsini göstərmək olar. “Azərbaycanın broker şirkətləri arasında bu mükafata ilk dəfə layiq görülməyimizdən son dərəcə qürurluyuq. Bu bizim gələcək fəaliyyətimiz üçün əlavə stimula çevriləcək”, deyə D.Hacıyev bildirib.      

Xatırladırıq ki, “Europe Banking Awards”un bütün qalibləri, dünyanın aparıcı ekspertləri – maliyyə sənayesinin analitikləri və məsləhətçilərinin iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən edilir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.