Biznes kataloqu > Banklar və sığorta > Banklar
 

Paşa Bank

az | ru
 
 
 
 

«PAŞA Bank» Gəncədə yeni biznes mərkəzini açdı

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank, Gəncə şəhərində yeni biznes mərkəzinin fəaliyyətinə dair lisenziya alıb.

Bankın digər biznes mərkəzlərində olduğu kimi, PAŞA Bankın yeni şöbəsində də tam çeşidli bank xidmətləri göstəriləcək: kreditin rəsmiləşdirilməsi, hesablama-kassa xidməti, bank kartlarının verilməsi və xidmət göstərilməsi, kapital bazarına çıxışın təmin olunması, ticarət maliyyələşdirilməsi məsələləri üzrə konsultasiyaların keçirilməsi, vəsaitlərin depozitə yerləşdirilməsi və s.

PAŞA Bankın İdarə Heyətinin Sədri Fərid Axundovun sözlərinə görə, ölkənin qərbində ilk biznes mərkəzinin açılmasında məqsəd bu və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları maliyyə vəsaitlərindən istifadə imkanları ilə təmin etməkdir. “Kiçik və orta biznes nümayəndələri (KOB) ilə əməkdaşlığa xüsusi önəm verilir, çünki bu sektorda çox böyük potensialın olduğunu görürük. PAŞA Bankın Gəncədəki yeni Biznes Mərkəzində yerli biznesin keyfiyyətli və sabit inkişafına lazım olan tam xidmətlər spektrini təqdim edirik”, - deyə o fikrini tamamladı.

Qeyd edək ki, Bankın yeni biznes mərkəzi Gəncə şəhərinin Nizami rayonunda Atatürk prospekti 242 ünvanında fəaliyyət göstərəcək. Yaxın gələcəkdə isə tam çeşidli bank xidmətləri göstərəcək daha bir ofis Zaqatalada açılacaq.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.